3 nəfər birləşib qoyun oğurladı


Kriminal 25 İyl 2019 19:50:00 296 0

3 nəfər birləşib qoyun oğurladı

İyulun 22-də Ağcabədi rayonu ərazisindəki evlərdən birinin həyətyanı sahəsindən 18 baş qoyunu oğurlamaqda şübhəli bilinən Kəbirli kənd sakinləri E.Musayev, M.Mirzəliyev və Bakı şəhər sakini E.Abbasov Binəqədi rayonunun ərazisində tutulublar.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, E.Abbasovun və E.Musayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 30-na keçən gecə rayon ərazisindəki daha bir evin həyətyanı sahəsindən 5 baş qoyun oğurlamaları da müəyyən edilib.