"Bunlara baxan qızlardan nə gözləyək?"


Şou-biznes 25 İyl 2019 19:53:00 345 0

"Bunlara baxan qızlardan nə gözləyək?"

Müğənni Nadir Qafarzadə aktyor Fərda Xudaverdiyevin rol aldığı filmlərdən birindən fraqment yayımlayıb və onu tənqid edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi yeni çəkilən ekran işlərini izləmədiyini bildirib:

"Çox təəssüf, bu gün Azərbaycan filmləri bu formada təqdim olunur. Orada çəkilən aktyorlarda heç bir günah yoxdur. "Müasir" tamaşaçı bunu tələb edir. Yaxşı ki, heç bir Azərbaycan istehsalı olan film və seriallara baxmıram. Elə buna görə baxmıram. Tək mən yox, bütün ailə üzvlərim baxmır.

Şükür Allaha, OРТ, НТВ, РТР, Домашни, СТС və digər Rusiya kanalları var, yoxsa nə edərdik? Belə filmlərə baxan oğlan və qızlardan nə gözləmək olar? Yazıq aktyor ailəsini dolandırmaqdan ötrü belə ssenarilərlə razılaşır. Çünki normal şeylərə maraq qalmayıb. Bizim ruslara çatmağımıza əsrlər lazımdır. Onlar pisi də gözəl təqdim etməyi bacarırlar".