Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji materiallar daxil olub


Digərləri 25 İyl 2019 19:04:24 261 0

Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji materiallar daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji materiallar daxil edilib.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə yeni arxeoloji materiallar daxil edilib. Trend-in məlumatına görə, sözügedən materiallar Şəmkirdən tapılmış saxsı qablar və Əhəməni sarayından tapılmış Pasarqad tipli sütun altlığıdır. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov tərəfindən muzeyə verilən materiallar e.ə. VI-IV əsrlərə aiddir və onlar arxeologiya tariximizin tədqiqi baxımından əhəmiyyətlidir.