Həbs olunan əxlaqsız amerikalı milyarder intihar etmək istəyib


Dünya 25 İyl 2019 18:20:00 220 0

Həbs olunan əxlaqsız amerikalı milyarder intihar etmək istəyib

Amerikalı milyarder, azyaşlı qız uşaqlarını fahişəliyə cəlb etməkdə günahlandırılan Cozef Epşteyn kamerasında yarıbayğın vəziyyətdə tapılıb.

Son.az musavat.com-a istinadən bildirir ki, həbsxana məmurları onu "embrion pozası"nda uzanmış halda aşkar ediblər.

"NBC New York" telekanalının məlumatına əsasən, milyarderin özünə qəsd etmək istədiyi ehtimal olunur. Lakin bəzi ekspertlər onun bununla qaldığı yerdən köçürülməyə nail olmaq istədiyini deyirlər.

Gələn xəbərlərdə Epşteynə hücum edilməsi variantının da istisna edilmədiyi göstərilib. Bununla bağlı milyarderin həbsxana yoldaşı, hazırda 4 adamı öldürməkdə və narkotik maddələr yaymaqda təqsirləndirilən Nikolas Tartalyone adlı keçmiş polis sorğu-suala tutlub. Lakin Tartalyone heç bir şey görmədiyini və etmədiyini söyləyib.

Hər iki məhbusun vəkilləri həbsxanada pis şəraitdən şikayətləniblər.

Xatırladaq ki, Cozef Epşteynə qarşı irəli sürülən ittihamda onun 2002-2005-ci illərdə özünün Nyu-Yorkdakı və Floridadakı malikanələrində azyaşlı qızlara pul ödəyərək, onlarla cinsi əlaqəyə girdiyi bildirilir. Onların bəzilərinin yaşı 14-ü keçməyib.