DİM: II və III qruplar üzrə 79 abituriyentin qiymətində dəyişiklik edilib


Digərləri 25 İyl 2019 17:52:00 256 0

DİM: II və III qruplar üzrə 79 abituriyentin qiymətində dəyişiklik edilib

II və III ixtisas qrupları üzrə iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələri ilə bağlı yaradılan Apelyasiya Komissiyaya daxil olan müraciətlərlə bağlı statistik məlumatlar açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, komissiyaya 323 abituriyent (bütün imtahan verənlərin 1,15%-i) 1100-dən çox tapşırıq (yazı işi) üzrə ərizə ilə müraciət edib.

Apelyasiya Komissiyasına daxil olan ərizələr araşdırılıb və müraciət edən şəxslər DİM-ə dəvət olunaraq komissiya üzvləri tərəfindən müraciətləri ilə bağlı izahat verilib (regionlarda yaşayan şəxslərlə isə telefon vasitəsilə əlaqə saxlanılıb, apelyasiyanın nəticəsi bildirilib və müraciətləri ilə bağlı müvafiq izahat verilib).

Apelyasiyaya müraciət edənlərdən 79 abituriyentin (bütün imtahan verənlərin 0,28%-i) cəmi 83 tapşırıq (bütün tapşırıqların 0,03%-i) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə abituriyentlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.