Daha 2 rayon qazsız qaldı


Digərləri 25 İyl 2019 17:37:00 227 0

Daha 2 rayon qazsız qaldı

Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.

"Azəriqaz" İstehsalat Birliyindən Son.az-a verilən məlumata görə, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Ona görə də saat 13.10-dan etibarən təqribən 2500 abonentin qaz təchizatı dayandırılıb.

Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. 85 abonentin qaz təchizatı dayandırılıb.


Xəbərə aid fotolar