Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
Digərləri 25 İyl 2019 17:38:00 220 0
Bu ilin 6 ayı ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində üçün 129,1 milyon manatlıq məhsul istehsal edilib.
Son.az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6 faiz, maşın və avadanlıqların istehsalı 10,0 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz artıb.
Dövr ərzində 747 ədəd traktor, 1112 ədəd minik avtomobili istehsal olunub.
Mənbə: milli.az