Dərsliklər sentyabrın 6dək şagirdlərə paylanacaq


Digərləri 25 İyl 2019 17:27:00 221 0

Dərsliklər sentyabrın 6dək şagirdlərə paylanacaq

Yeni dərs ili üçün 322 adda dərslik və metodik vəsait çap edilib.

Son.az xəbər verir ki, belə ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

Dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur.

Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.