Yeni dərs ili üçün dərsliklər sentyabrın 6-dək şagirdlərə paylanacaq


Digərləri 25 İyl 2019 17:24:00 203 0

Yeni dərs ili üçün dərsliklər sentyabrın 6-dək şagirdlərə paylanacaq

Yeni dərs ili üçün 322 adda dərslik və metodik vəsait çap edilib.

Bakı. İlhamə İsabalayeva - Yeni dərs ili üçün 322 adda dərslik və metodik vəsait çap edilib. Belə ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib. Dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur.