Daha 2 rayon qazsız qaldı - SƏBƏB qəza


Digərləri 25 İyl 2019 17:28:23 244 0

Daha 2 rayon qazsız qaldı - SƏBƏB qəza

Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb.

Bakı. Günorta saatlarında bölgələrdə qaz xətlərinə zədə yetirilməsi halları aşkarlanıb. "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, Beyləqan rayonunun xidmət sahəsinə daxil olan Dünyamallar və İmamverdilər kəndləri istiqamətində olan qaz xəttinə traktorla zədə yetirilib. Ona görə də saat 13.10-dan etibarən təqribən 2500 abonentin qaz təchizatı dayandırılıb. Şabran rayonunun Sincanboyad kəndində də qaz xəttini avtomobillə vurub yararsız hala salıblar. 85 abonentin qaz təchizatı dayandırılıb.