"EYOF Bakı 2019"da qalib gəlmiş Ukrayna gimnastı: Qələbə çətin oldu


Digərləri 25 İyl 2019 17:13:00 166 0

"EYOF Bakı 2019"da qalib gəlmiş Ukrayna gimnastı: Qələbə çətin oldu

Qızıl medal qazandığım üçün çox şadam.

Bakı. Cani Babayeva - Qızıl medal qazandığım üçün çox şadam. Bunu Trend-ə "EYOF Bakı 2019"da idman gimnastikası yarışlarında yüksək kürsüyə qalxmış Ukrayna idmançısı İlya Kovtun deyib. Qələbə çalmış gimnast bildirib: "Məşqçimlə bir yerdə bu medala doğru yarım il idi ki, hazırlaşırdıq və nəticə olacağına inanırdıq. Qələbə çətin oldu, güclü rəqiblər var idi. Rusiyadan, Rumıniyadan güclü rəqiblər var idi". Gimnast əlavə edib ki, sabah sərbəst hərəkətlərdə finalda çıxış edəcək: "Ümid edirəm ki, yenə qızıl medal qazana biləcəyəm. Qeyd etməliyəm ki, yarışlar əla keçir. Bakıdakı Milli Gimnastika Arenası isə çox rahat və yaxşıdır, hər şey yüksək səviyyədə təşkil olunub".