Filipp Kirkorov Bakıya uşaqları ilə gəldi


Digərləri 25 İyl 2019 17:19:54 181 0

Filipp Kirkorov Bakıya uşaqları ilə gəldi

Rusiyanın Xalq artisti Filip Kirkorov Bakıda keçirilən "JARA-2019" Beynəlxalq Musiq Festivalında iştirak üçün artıq ölkəmizdədir.

Bakı. Vüqar İmanov - Rusiyanın Xalq artisti Filip Kirkorov Bakıda keçirilən "JARA-2019" Beynəlxalq Musiq Festivalında iştirak üçün artıq ölkəmizdədir. Trend-in məlumatına görə, müğənni paytaxtımıza uşaqları ilə təşrif buyurub. Qeyd edək ki, "JARA" musiqi festivalı 25-28 iyul tarixində Bakıda keçiriləcək. Bu mötəbər festivalda Layma Vaykule, Jasmin, Qriqoriy Leps, Loboda, Timati, Serqey Lazarev, Valeriya və digər məşhur müğənnilər iştirak edəcəklər. Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq artisti Emin Ağalarov, Rusiyanın Əməkdar artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur. "JARA" 4 gün davam edən günəşin batışı unikal rənglərinə boyanmış möhtəşəm konsert, qırmızı xalıda ulduzların dəfiləsi, dörd gün unudulmaz gecə əyləncələri və film təqdimatları, on minlərlə tamaşaçı və milyonlarla televiziya tamaşaçısıdır.