Neftçalada dənizdə batan 3 nəfərdən 2nin meyiti tapıldı


Digərləri 25 İyl 2019 17:08:00 215 0

Neftçalada dənizdə batan 3 nəfərdən 2nin meyiti tapıldı

Neftçala rayonu ərazisində qeyri-çimərlik zonada batan 3 nəfərdən 2-nin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Mili.Az-a verilən məlumata görə, dünən Neftçala rayonunda, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batan 3 nəfərdən ikisinin meyiti (şəxsiyyətləri dəqiqləşdirilir) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir.