Hərbi təyyarə qəzası ilə bağlı yaradılan qərargahda xidməti müşavirə keçirilib


Digərləri 25 İyl 2019 16:51:00 223 0

Hərbi təyyarə qəzası ilə bağlı yaradılan qərargahda xidməti müşavirə keçirilib

Müdafiə Nazirliyinin rəhbərliyi, aidiyyəti qurumların və xidmətlərin nümayəndələrindən ibarət qrup qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.

Bu barədə Son.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib.