Azərbaycanda istifadəyə verilən elektron imza sertifikatlarının sayı 20 mini ötüb


Digərləri 25 İyl 2019 16:55:08 199 0

Azərbaycanda istifadəyə verilən elektron imza sertifikatlarının sayı 20 mini ötüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) cari ilin ilk yarımilliyində 20 376 ədəd elektron imza sertifikatı istifadəyə verib.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) cari ilin ilk yarımilliyində 20 376 ədəd elektron imza sertifikatı istifadəyə verib. Nazirlikdən Trend-ə bildirilib ki, bu sertifikatlardan 13 484-ü dövlət qurumlarının, 4 458-i hüquqi və fiziki şəxslərin, 2 402-si vətəndaşların, 32-si isə qeyri-rezidentlərin payına düşüb. Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı 2 850 olub. Belə ki, 2019-cu ilin iyun ayında dövlət qurumlarına 1 742, hüquqi və fiziki şəxslərə 822, vətəndaşlara 286 e-imza sertifikatı verilib. MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verildiyi gündən 2019-cu ilin 1 iyul tarixinədək ümumilikdə 187 314 elektron imza sertifikatı əldə olunub. Onlardan 104 802-si dövlət qurumlarına, 46 034-ü hüquqi və fiziki (sahibkarlar) şəxslərə, 36 478-i vətəndaşlara təqdim edilib.