Deputat: Bu festival ölkəmizin dünyada tanıdılmasına çox böyük töhfə verəcək


Digərləri 25 İyl 2019 16:42:00 176 0

Deputat: Bu festival ölkəmizin dünyada tanıdılmasına çox böyük töhfə verəcək

Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir. Bu, bir daha göstərir ki, Azərbaycan mötəbər tədbirlərin mərkəzinə çevrilib.

Bakı. Elçin Mehdiyev – Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir. Bu, bir daha göstərir ki, Azərbaycan mötəbər tədbirlərin mərkəzinə çevrilib. Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Cavid Osmanov deyib. C.Osmanov xatırladıb ki, Azərbaycan 2015-ci ildə Birinci Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları, o cümlədən Formula 1 yarışları, UEFA Avropa Liqasının final mərhələsi və bu kimi mötəbər tədbirlərə uğurla ev sahibliyi edib: “Bu, Azərbaycan reallığının dünyaya tanıdılmasına çox böyük töhfə verəcək. Eyni zamanda, biz bilirik ki, idman yarışları dostluq, qardaşlıq yarışlarıdır. Bura gələn idmançılar, texniki heyət, azarkeşlər öz ölkələrinə qayıdanda həm Azərbaycan xalqının nə qədər qonaqpərvər və dostluğa sadiq olduğunu görəcəklər, həm də öz ölkələrində Azərbaycanın gerçəkliklərindən bəhs edəcəklər”. C.Osmanov əlavə edib ki, belə yarışların keçirilməsi ölkəmizin tanıdılması, turizmin inkişafı baxımından çox əlverişlidir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin