Bakıda yüzlərlə ağacın qırılması ilə bağlı yayılan məlumatlar əsassızdır - Agentlik


Digərləri 25 İyl 2019 16:16:53 223 0

Bakıda yüzlərlə ağacın qırılması ilə bağlı yayılan məlumatlar əsassızdır - Agentlik

Bəzi xəbər saytlarında Yasamal rayonunda yol tikintisi zamanı bir gecədə 132 ağacın qırılaraq yox edilməsi barədə məlumatlar yayılıb.

Bakı. Elçin Mehdiyev - Bəzi xəbər saytlarında Yasamal rayonunda yol tikintisi zamanı bir gecədə 132 ağacın qırılaraq yox edilməsi barədə məlumatlar yayılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, paytaxtın avtomobil yollarında nəqliyyat vasitələrinin rahat hərəkətinin təmin edilməsi, tıxaclarının qarşısının alınması və orta hərəkət sürətinin artırılması məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2019-cu il tarixli 890 №-li sərəncamına uyğun olaraq Agentlik tərəfindən Bakı şəhərinin Yasamal rayonu ərazisində Şəfayət Mehdiyev küçəsinin Hüseyn Cavid parkına çıxışını təmin etmək məqsədilə uzunluğu 800 m olan və Əbdürrəhim bəy Haqverdiyev küçəsindən İnşaatçılar prospektinə qədər olan hissəsində yenidənqurma işlərinə başlanılıb: "Aidiyyəti qurumlarla razılaşdırılmış İcra Qrafikinə əsasən, sözügedən avtomobil yolunda aparılan yenidənqurma işlərinin bu ilin sonuna qədər başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub. Layihə üzrə tikinti ərazisinə düşən yaşıllıqların ərazidən kənarlaşdırılmasına zərurət yaranıb. Qeyd edilənləri və layihənin əhəmiyyətini nəzərə alaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən həmin yaşıllıqların köçürülməsinə dair müvafiq ekspertiza rəyi verilib. Rəyin icrasına 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən nəzarət edilir. Bu vaxta qədər budanaraq 45 ağacın köçürülməsi həyata keçirilib. Hal-hazırda yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü tam başa çatdırılmadığı üçün, həmin tikililərin ətrafındakı yaşıllıqlar da köçürülməyib.