İki holdinqin futbol komandası “Gilan Kuboku”nun finalında görüşəcək (VİDEO)


Digərləri 25 İyl 2019 16:05:28 219 0

İki holdinqin futbol komandası “Gilan Kuboku”nun finalında görüşəcək (VİDEO)

28 May - Respublika Gününə həsr olunan şirkətlərarası “Gilan Kuboku” mini futbol turniri ən həyəcanlı kulminasiya hissəsinə yaxınlaşır.

Bakı. 28 May - Respublika Gününə həsr olunan şirkətlərarası “Gilan Kuboku” mini futbol turniri ən həyəcanlı kulminasiya hissəsinə yaxınlaşır. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin əməkdaşlarından ibarət olan 16 komanda “Gilan Kuboku” üzrə mübarizəyə qatılıb. İştirakçı komandalarının yüksək hazırlığı, parlaq oyunlar və şirkətlər arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə fərqlənən turnirin finalına “Gilan Holdinq” və "Azərsun Holdinq" komandaları vəsiqə qazanıb. İyulun 26-da Su İdmanı Sarayının mini futbol meydançasında “Gilan Kuboku” çempionatında birinci yer uğrunda qarşılaşma “Gilan Holdinq” və "Azərsun Holdinq" komandaları arasında baş tutacaq. Turnirə böyük həvəslə qatılan, iddialı və güclü oyun nümayiş etdirən “FAB Boya” və “Kapital Bank” komandaları öz aralarında 3-cü yerə sahib olacaq komandanı müəyyən edəcəklər. Qeyd edək ki, Respublika Gününə həsr olunan “Gilan Kuboku” mini futbol turnirində ilk 3 yeri tutan komandalar üçün təyin edilmiş ümumi mükafat fondu 18.000 AZN təşkil edir. Birinci yerə sahib olacaq komandaya 10,000 AZN, 2-ci yeri tutacaq komandaya 5,000 AZN, 3-cü yerə layiq görüləcək komandaya isə 3,000 AZN məbləğində mükafat təqdim olunacaq.