Tamaşaçı: Səməd Məmmədli bizim fəxrimizdir!


Digərləri 25 İyl 2019 14:56:22 184 0

Tamaşaçı: Səməd Məmmədli bizim fəxrimizdir!

"EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlar yüksək səviyyədə keçir.

Bakı. Cani Babayeva - "EYOF Bakı 2019" çərçivəsində idman gimnastikası üzrə yarışlar yüksək səviyyədə keçir. Bunu Trend-ə yarışları izləyən tamaşaçı Gülnarə Dəmirova deyib. Tamaşaçı bildirib: "Gimnastımız Səməd Məmmədliyə azarkeşlik etməyə, dəstəkləmyə gəlmişəm. Oğlum da artıq 10 ildir idman gimnastikası ilə məşğul olur və Səmədlə eyni komandadadır. Səmədə uğurlar arzu edirəm, o, bizm fəxrimizdir. Çox məqsədyönlü idmançıdır, şadıq ki, o belə zirvələrə ucalır". G.Dəmirovanın sözlərinə görə, həmişəki kimi bu dəfə də Milli Gimnastika Arenasında təşkil olunmuş yarışlar çox yüksək səviyyədə keçir. Tamaşaçı əlavə edib: "Belə yarışlara baxmaq, müsbət enerji ilə yüklənmək çox xoşdur. Bütün idmançılara azarkeşlik edirik. Başqa komandaların idmançılarına da dəstək oluruq, alqışlayırıq. Axı, rəqiblər bizim uşaqlara çalışmaq, daha yüksək zirvələrə çatmaq üçün stimuldur".