Bakıda bacısına bıçaqla çoxsaylı xəsarət yetirən şəxs saxlanıldı


Kriminal 25 İyl 2019 14:36:00 209 0

Bakıda bacısına bıçaqla çoxsaylı xəsarət yetirən şəxs saxlanıldı

İyulun 24-də Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsi ərazisində qəsəbə sakini B.Əliyev münaqişə zəminində bacısı Səbinənin qarın nahiyəsinə bıçaqla çoxsaylı xəsarət yetirib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində B.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.