Ən yaxşı kəsmik hansıdır?


Dünya 25 İyl 2019 14:19:00 224 0

Ən yaxşı kəsmik hansıdır?

Ümumrusiya İstehlakçılar İttifaqının Ekspert Mərkəzi Rusiya bazarlarında kəsmiklərin ən yaxşı növünü araşdırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədqiqatda "B.Y.Aleksandrov", "Ostankino", "İzbenka", "Boyarskiy moloçnıy kombinat", "Dmitrev Moloçnıy zavod" və "Blaqada" kəsmikləri öyrənilib.

Kəsmiklərin tərkibi yağlılıq, konservatların istifadə olunub-olunmamasına görə tədqiq edilib.

"Dmitrev Moloçnıy zavod" və "Blaqada"nın ümumiyyətlə kəsmik olmadığı bildirilib. Belə ki, tərkibində süd yağı yox, əvəzedicilər olub.

"Ostankino"nun tərkibində isə fotostern, xolesterinə yaxın maddə aşkar edilib.