Qusarda 250dən artıq çətənə kolları məhv edildi FOTO


Kriminal 25 İyl 2019 13:57:00 237 0

Qusarda 250dən artıq çətənə kolları məhv edildi  FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kufoba kənd ərazisində yabanı halda bitmiş hündürlüyü 130 sm qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.

Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.


Xəbərə aid fotolar