Məcburi köçkünlər məskunlaşan tikilidə yanğın - Xəsarət alan var


Digərləri 25 İyl 2019 13:50:00 201 0

Məcburi köçkünlər məskunlaşan tikilidə yanğın - Xəsarət alan var

Bərdədə məcburi köçkünlər məskunlaşan tikilidə yanğın olub

Bakı. Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.