“EYOF Bakı 2019”: Üzgüçülük yarışlarında atletimiz yarımfinala adlayıb


Digərləri 25 İyl 2019 13:56:00 197 0

“EYOF Bakı 2019”: Üzgüçülük yarışlarında atletimiz yarımfinala adlayıb

“EYOF Bakı 2019”un üzgüçülük yarışlarında Azərbaycanın iki atleti mübarizəyə qoşulub.

Bakı. “EYOF Bakı 2019”un üzgüçülük yarışlarında Azərbaycanın iki atleti mübarizəyə qoşulub. Trend-in məlumatına görə, Maksim Petrenko 50 və 200 metr məsafəyə sərbəst üzmə yarışlarında müvafiq olaraq 26.03 və 2 dəqiqə 4.66 saniyə nəticə göstərərək mübarizəni dayandırıb. Ramil Vəlizadə isə 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında yarımfinala adlayıb. Təmsilçimiz finişə 56.83 saniyəyə çataraq həlledici mərhələyə vəsiqə uğrunda mübarizə imkanı əldə edib. Səhər sessiyasında, həmçinin qızlar 100 metr məsafəyə arxası üstə, brass, 200 metr məsafəyə fərdi qaydada qarışıq, oğlanlar isə 100 metr məsafəyə brass üsulla üzmə yarışlarında mübarizə aparıblar.