"EYOF Bakı 2019": Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların 3-cü günü başlayıb (FOTO)


Digərləri 25 İyl 2019 12:49:36 166 0

"EYOF Bakı 2019": Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların 3-cü günü başlayıb (FOTO)

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların üçüncü günü start götürüb.

Bakı. Cani Babayeva - XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların üçüncü günü start götürüb. Trend-in məlumatına görə, bu gün kişi və qadın gimnastlar çoxnövçülük üzrə yarışa qatılacaq. Azərbaycanı finalda Səməd Məmmədli təmsil edir. Qeyd edək ki, iyulun 21-də Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı start götürüb. İyulun 27-nə qədər davam edəcək mötəbər turnir 12 idman obyektində keçiriləcək. Festivalda Avropanın 48 ölkəsindən 3900 atlet iştirak edəcək. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayacaqlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.