DSX rəisi hərbi hissə və bölmələ­rinin xidmətidöyüş fəaliyyətini yoxlayıb FOTO


Digərləri 25 İyl 2019 12:35:00 340 0

DSX rəisi hərbi hissə və bölmələ­rinin xidmətidöyüş fəaliyyətini yoxlayıb  FOTO

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Son.az-a verilən məlumata görə, gene­ral-polkovnik Elçin Quliyev sərhəd zastavalarında və sər­həd döyüş mən­təqə­lərində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sər­hədində sərhəd mühafizə və mü­dafiə infrastruktu­ru­nun yaradılması istiqamətində görülən iş­lə­rə baxış ke­çirib, dövlət sərhədinin toxunul­mazlığının və şəxsi heyətin təh­lükəsizliyinin təmin edilməsi üzrə tapşı­rıqlar verib.


Xəbərə aid fotolar