Geri qalırıq, mənim əzizlərim


Digərləri 25 İyl 2019 12:13:00 224 0

Geri qalırıq, mənim əzizlərim

Sovet Azərbaycanının elmindəki istənilən uğur 60-70-ci illərdə qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərin Rusiyanın müxtəlif şəhərlərinə oxumağa göndərilməsi ilə əlaqədar idi. Yadımdadır ki, o dövrdə "inoqorodni" deyilən bu abiturientlərlə, o zaman Lenin sarayı deyilən, indiki Heydər Əliyev sarayında, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev şəxsən görüşür və olduqca təntənəli yola salma mərasimi olurdu. Nəticədə bizim Rusiyada həkim, mühəndis, hüquqşünaslar getdikcə çoxalmağa başladı və yeri gələndə həmvətənlərimizə də kömək edirdi. Eyni zamanda bizim respublikada da da elm inkişaf etməyə başladı.

Müstəqillik qazandıqdan sonra sərhədlər açıldı və bu imkanlar daha da çoxaldı. İndi daha təkcə Rusiyada yox, daha inkişaf etmiş Avropa ölkələrində, Amerikada, Yaponiyada oxumaq imkanı yarandı. Müstəqilliyimizin ilk illərində, hələ kasıb olduğumuz vaxt tələbələrin xaricdə oxumasını asanlaşdırmaq üçün Dövlət Proqramı təşkil olundu. Bu gün Azərbaycanda hansı sahəni götürürüksə götürək (səhiyyə, iqtisadiyyat, hüquq, təhsil və s) aparıcı mütəxəssislər məhz həmin Dövlət Proqramı ilə təhsil alan həmvətənlərimizdir.

Çox təəsüf ki, bir neçə il bundan qabaq Tələbələrin Xaricdə təhsili üçün nəzərdə tutulmuş bu Dövlət Proqramı fəaliyyətini dayandırdı. Nəticədə hazırda savadlı, bacarıqlı, amma imkansız gənclərimizin xaricdə təkmilləşmək imkanı mümkün deyil. Yeri gəlmişkən yüksək savadlı gənclərin, demək olar ki, mütləq əksəriyyəti məhz imkansız ailələrin övladlarıdır.

Bu gün bizim düşünən beyinə ehtiyacımız var. Təsərrüfatın istənilən sahəsində (səhiyyə, mədəniyyət, təhsil, iqtisadiyyat və s) PEŞƏKAR, PROFESSİONAL qıtlığı hiss olunur. Peşəkarlarımızın sayı barmaqla sayılacaq qədər azdır. Biz qalib gəlmək istəyiriksə, Azərbaycanı inkişaf etdirmək istəyiriksə, müasir dünyaya inteqrasiya olunmaq istəyiriksə SAVADLANMALIYIQ!!! Bu isə ancaq xaricdə mümkündür!!! Getdikcə savad göstəricilərimiz hər sahədə aşağı düşməkdədir. Geri qalırıq mənim əzizlərim! DÜNYADAN GERİ QALIRIQ!!