Yeni bulvarda bayraq utancı Turistlərin gur yerində görün nə etdilər? FOTO


Digərləri 25 İyl 2019 12:18:00 391 0

Yeni bulvarda bayraq utancı  Turistlərin gur yerində görün nə etdilər?  FOTO

Yeni bulvardakı gəmi muzeyin üzərindəki Azərbaycan bayrağının ay-ulduzu tərs formada çəkilib.

Son.az ölkə.az-a isyinadən xəbər verir ki, bu barədə Samir Zeynallı adlı vətəndaş sosial şəbəkədə yazıb. O, gəminin fotolarını çəkərək bu sözləri qeyd edib:

"Bu gəmi yeni bulvar tərəfdə dayanıb. Üzərində Gəmi Muzey yazısın gördüm. Çox ehtimal elə muzey kimi fəaliyyət göstərir. Lakin çox təəssüflə qeyd edim ki, gəminin ən hündür yerində çəkilən Azərbaycan bayrağında ay-ulduz tərs formada çəkilib. Yəni, bu qədərmi diqqətsiz olduq bu bayrağa qarşı? Yəni, bu gəmidə bir nəfər belə olsun bayrağı haqqında anlayışı olan yoxdur? Kimdir görəsən bu məsuliyyətsiz insanlar? Gecə olduğundan ərazidə kimsə görmədim ki yaxınlaşıb sual verim. Qeyd edim ki,  hazırda oyunlarla əlaqədar həmin ərazilərdə turistlər və idmançılar daha çoxluq təşkil edir".

Qeyd edək ki, bu, Azərbaycan bayrağı ilə bağlı ilk belə hal deyil. Bundan öncə də bir neçə tədbirdə bayrağımızın tərsinə asılması halları olub.


Xəbərə aid fotolar