Səfir: "Azərbaycan və İsrail əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir"


Siyasət 25 İyl 2019 12:19:17 226 0

Səfir: "Azərbaycan və İsrail əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir"

Azərbaycan və İsrail arasında münasibətlər daim inkişaf edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stiv Bakıda "Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları" mövzusunda keçirilən konfransda deyib.

Səfir qeyd edib: "Azərbaycan ildən-ilə inkişaf edir və bu inkişaf bizi sevindirir".

Diplomat vurğulayıb ki, ölkəsi Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa xüsusi önəm verir:

"Ölkələrimiz xüsusən hərbi və enerji sahələrində sıx əməkdaşlıq edir, lakin son illər əməkdaşlığımız digər sahələrdə də genişlənir".

İsrail səfiri Azərbaycanın tolerantlıq nümunəsi olduğunu da əlavə edib.

Mİlli.Az