Səfir: Azərbaycan və İsrail əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir


Digərləri 25 İyl 2019 12:09:00 204 0

Səfir: Azərbaycan və İsrail əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir

Azərbaycan və İsrail əməkdaşlığı bütün istiqamətlərdə inkişaf etdirir

Bakı. Sara İsrafilbəyova - Azərbaycan və İsrail arasında münasibətlər daim inkişaf edir. Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Dan Stiv Bakıda “Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun əsasları” mövzusunda keçirilən konfransda deyib. Səfir qeyd edib: "Azərbaycan ildən-ilə inkişaf edir və bu inkişaf bizi sevindirir". Diplomat vurğulayıb ki, ölkəsi Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa xüsusi önəm verir: "Ölkələrimiz xüsusən hərbi və enerji sahələrində sıx əməkdaşlıq edir, lakin son illər əməkdaşlığımız digər sahələrdə də genişlənir". İsrail səfiri Azərbaycanın tolerantlıq nümunəsi olduğunu da əlavə edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin