Ağsuda güclü yanğın başlayıb


Digərləri 25 İyl 2019 11:58:16 232 0

Ağsuda güclü yanğın başlayıb

Ağsu rayonunda güclü yanğın başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Keçdiməz kəndinin dağlıq ərazisində baş verib. Quru ot sahəsində başlayan yanğın qısa müddətdə ətrafa yayılıb.

Hadisə yerinə Ağsu və Şamaxı rayonlarından yanğın-mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib.