Düşmən bizə "sürpriz" hazırlayır:


Siyasət 25 İyl 2019 11:45:00 65 0

Düşmən bizə "sürpriz" hazırlayır:

"Hərbi sürprizlərimiz var. Bu yaxınlarda hamı görəcək". Ermənistanın müdafiə naziri Davil Tonoyan Rusiyadan silah, sursat və hərbi texnika alışı ilə bağlı situasiyanı şərh edərkən belə deyib. O, "sürpriz"in nə olduğunu açıqlamasa da, bəyanatın özü sıradan bir açıqlama kimi qəbul olunmamalıdır.

Tonoyanın bu bravur açıqlaması ilk əvvəl Ermənistan vətəndaşlarına, ölkə siyasətinin "daxili mətbəx"inə yönəlib. O, işarə vurmaq istəyir ki, bəs Rusiyadan alınan və ya alınacaq yeni hərbi texnika, sadəcə, müdafiə yox, həm də hücum xarakterli olacaq.

Yəni Ermənistanın müdafiə nazirinin bir qədər əvvəl bəhs etdiyi "yeni təhlükəsizlik strategiyası"na tam uyğun məsələ olacaq.

Həmin strategiyaya görə, Ermənistan "zərurət yarandıqda, müdafiə taktikasından hücum strategiyasına keçəcək": beləliklə, İrəvan birbaşa olaraq Azərbaycana hədələr və ultimatumlar ünvanlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan da "Azadlıq" radiosunun erməni redaksiyasına verdiyi müsahibəsində bəhs etdiyimiz məqama toxunmuş, "ehtiyac yaranarsa, ölkəmizə və vətəndaşlarımıza, habelə Dağlıq Qarabağdakı ermənilərə birbaşa təhdid olarsa yerimizdə saymaq niyyətimiz yoxdur" demişdi.

David Tonoyan bir qədər də irəli gedib və söyləyib: "Ermənistanın silahlı qüvvələri çox qısa müddətdə müdafiə əməliyyatlarından hücum strategiyasına keçməyə hazırdır. Potensial düşmənin bizə qarşı hərbi əməliyyatları intensivləşərsə xüsusi təyinatlı birləşmələrdən də istifadə etməklə hərbi əməliyyatları düşmənin ərazisinə keçirəcəyik".

Bundan başqa, unutmayaq ki, Ermənistan silahlı qüvvələrinin əsas və başlıca təminat mənbəyi Rusiyadır. Ermənilər müstəqil dövlətə nail olandan bəri Rusiyadan hədiyyələr qismində silahlar və hərbi texnikalar alırlar. Amma bununla yanaşı, ermənilər Qərbin hərbi-texniki imkanlarından və texnologiyalarından yararlanmağa çalışırlar. Belə cəhdlərin ilkin nəticələri hələlik nümayiş olunmasa da, erməni generalların dediklərinə görə, onlar silahlı qüvvələrin kəşfiyyat-preventik imkanlarını artırıblar.

2016-cı ilin aprelin 2-də başlayan və 4 gün davam edən "Aprel savaşı" zamanı Ermənistan məğlub oldu, Dağlıq Qarabağ münaqişəsi zonasında işğal altında saxladığı ərazilərin bir qismindən geri çəkildi, strateji yüksəklikləri itirdi. Nəticədə Dağlıq Qarabağ ermənilərində xof və təlaş, Ermənistanda isə sakinlər arasında qorxu yarandı.

Nikol Paşinyan ötən ilin yayında Ermənistandan çox kənarda ustalıqla hazırlanan və reallaşdırılan ssenariyə uyğun olaraq "kütləvi etirazlar" nəticəsində hakimiyyəti qəsb edəndən sonra onun aradan qaldırmağa çalışdığı əsas problemlərdən biri də məhz "Aprel savaşı"nın erməni cəmiyyətində yaratdığı ruh düşkünlüyü, xof idi.

Generallar arasında həbslər, təqiblər, işdən qovulmalar, yeni formasiyalı "hərbçilərin təyinatı" - bütün bunlar problemdən çıxış yolu qismində təqdim olunub və indi də belədir.

N.Paşinyanın digər məqsədi isə Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistanın "dördgünlük müharibə"də məğlubiyyətinin fəsadlarını azaltmaq üçün Rusiya amilini zəiflətməkdir. O, Rusiyanın Ermənistan üzərindəki "komendant missiyası"ndan qurtulmaq üçün Qərbin, xüsusilə də ABŞ-ın dəstəyinə bel bağlayır.

Onun son çıxışlarına, müsahibləərinə və bəyanatlarına nəzər saldıqda bəlli olur ki, N.Paşinyan ya özü birbaşa, ya da nazirləri və komandasındakı adamları vasitəsilə Qərb və Rusiyaya fərqli messiclər ünvanlayır.

Məsələn, rəsmi İrəvan hesab edir ki, bundan belə Rusiya Ermənistana və ümumiyyətlə, Cənubi Qafqaz regionuna birbaşa, təkbaşına nəzarət edə bilməyəcək.

Ermənilərin qənaətinə görə, Rusiyanın qarşısında iki varant var: ya Moskva indiki situasiyanı davam etdirir və heç nəyi dəyişmir, nəticədə proseslər Türkiyənin şərtləri məcrasında davam edir və sonucda Rusiyanın təsir imkanları məhdudlaşır, oyun arealı daralır.

Ya da Rusiya regiondakı fəaliyyətini Qərblə razılaşdırır və beynəlxalq təhlükəsizlik qaydalarına tam riayət etməyə başlayır.

"Rusiya və Qərbin bölgədəki vəziyyəti təhlil edərkən Moskva ilə ermənilər arasındakı münasibətləri nəzərə almaları arzuolunandır", - bunu da Ermənistanın müdafiə naziri David Tonoyan söyləmişdi.

Belədirsə, Ermənistanın müdafiə nazirinin "sürpriz"lə bağlı açıqlamasını bəhs etdiyimiz kontekstdəki növbəti bəyanat saymaq olar.

Halbuki İrəvan anlayır ki, regional təhlükəsizlik sistemi çoxdan dəyişməyə başlayıb və yenilənən mexanizmlər Ermənistanın bundan sonra da aqressiv davranacağı təqdirdə yaşanacaq prosesləri əsla ermənilərin xeyrinə etməyəcək.

Ermənilər həmişəki kimi, illüiziyalara qapılaraq özlərini olduğundan güclü, qüvvəli və hansısa hadisələrə təsir imkanlarına malik hesab edirlər.

Halbuki tarix göstərir ki, "hayizm" mərəzindən qurtula bilməyən bu xalq hər dəfə yanılıb, pərişan olub, ümidləri puç olanda illüziyaların nə qədər fəlakətli və bəlalı olduğunu görüb.

İrəvanın Azərbaycana, bizə yeganə sürprizi qoşunlarını işğaldakı ərazilərdən heç bir qeyd-şərt olmadan çıxarması olardı. Bu, Ermənistanın bir dövlət kimi olub-olmayacağı məsələsinin həllidir.

Ermənilər doğru seçim edərək avantürist, kimlərinsə oyuncağı olan siyasətçilərə aldanmasalar, dövlətlərində yaşayacaqlar.

Əks halda isə...

Elçin Alıoğlu Son.az

Əfqanıstanda PARTLAYIŞ: like
  • 25 İyl 11:40  
Dünya Əfqanıstanda PARTLAYIŞ:

Əfqanıstanın şimalında güclü partlayış olub.

arrow Ətraflı
Ağsuda güclü yanğın başlayıb like
  • 25 İyl 11:40  
Digərləri Ağsuda güclü yanğın başlayıb

Ağsu rayonunda güclü yanğın başlayıb.

arrow Ətraflı
Bu gündən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub like
  • 25 İyl 11:38  
Digərləri Bu gündən bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalının velosiped yarı

arrow Ətraflı
Bakıda qızla gəzən gənci əxlaq söhbətinə görə öldürdülər like
  • 25 İyl 11:34  
Kriminal Bakıda qızla gəzən gənci əxlaq söhbətinə görə öldürdülər

İyunun 24-də  Bakının Binəqədi rayonunda qətl törədilib.

arrow Ətraflı
Tikinti işləri zamanı daha bir qaz xətti zədələnib like
  • 25 İyl 11:32  
Digərləri Tikinti işləri zamanı daha bir qaz xətti zədələnib

Lənkəran rayonunda Şovu kəndi ərazisində yol tikinti işləri aparılarkə

arrow Ətraflı
Nəsrin xorvat müğənninin hədəfində  FOTO like
  • 25 İyl 11:29  
Digərləri Nəsrin xorvat müğənninin hədəfində FOTO

Aktrisa Nəsrin Cavadzadə yenidən fotosu ilə gündəm olub.

arrow Ətraflı
Lənkəranda 7 km-lik avtomobil yolu yenidən qurulur like
  • 25 İyl 11:28  
Digərləri Lənkəranda 7 km-lik avtomobil yolu yenidən qurulur

Lənkəran rayonunun Hirkan-Mamusta-Siyavar avtomobil yolunda Azərbaycan Avtomo

arrow Ətraflı
Təyyarə qəzası ilə bağlı Hərbi Prokurorluqdan AÇIQLAMA like
  • 25 İyl 11:27  
Digərləri Təyyarə qəzası ilə bağlı Hərbi Prokurorluqdan AÇIQLAMA

Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin qəzaya uğraması

arrow Ətraflı
Bu uşağı tanıdınız? like
  • 25 İyl 11:23  
Şou-biznes Bu uşağı tanıdınız?

Bu gün Azərbaycan musiqisini laiqincə gələcək nəslə ötürən gənc ifa

arrow Ətraflı
"Unibank" biznes sahiblərinə cəmi 6 faizdan başlayan biznes kreditləri təklif edir like
  • 25 İyl 11:14  
Digərləri "Unibank" biznes sahiblərinə cəmi 6 faizdan başlayan biznes kreditləri təklif edir

"Unibank" biznes sahiblərinə aşağı faizlə biznes kreditləri təklif edir.

arrow Ətraflı
Özü boyda qızları olan azərbaycanlı aktrisadan like
  • 25 İyl 11:07  
Şou-biznes Özü boyda qızları olan azərbaycanlı aktrisadan

Əməkdar artist Vəfa Zeynalova gənc qızlardan geri qalmaq niyyətində deyil

arrow Ətraflı
DSX rəisi hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb (FOTO) like
  • 25 İyl 11:06  
Digərləri DSX rəisi hərbi hissə və bölmələ­rinin xidməti-döyüş fəaliyyətini yoxlayıb (FOTO)

Dövlət Sərhəd Xidmətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət

arrow Ətraflı
Ən yaxşı kəsmik hansıdır? like
  • 25 İyl 11:04  
Digərləri Ən yaxşı kəsmik hansıdır?

Ümumrusiya İstehlakçılar İttifaqının Ekspert Mərkəzi Rusiya bazarların

arrow Ətraflı
Aygün Brillianta söz atdı: “Siz olan yer toydur” like
  • 25 İyl 11:01  
Şou-biznes Aygün Brillianta söz atdı: “Siz olan yer toydur”

Xalq artisti Aygün Kazımova ötən həftə onu tənqid atəşinə tutan həmka

arrow Ətraflı