Ağsuda güclü yanğın başlayıb


Digərləri 25 İyl 2019 11:40:00 203 0

Ağsuda güclü yanğın başlayıb

Ağsu rayonunda güclü yanğın başlayıb.

Bakı. Elçin Mehdiyev - Ağsu rayonunda güclü yanğın başlayıb. Trend-in məlumatına görə, hadisə rayonun Keçdiməz kəndinin dağlıq ərazisində baş verib. Quru ot sahəsində başlayan yanğın qısa müddətdə ətrafa yayılıb. Hadisə yerinə Ağsu və Şamaxı rayonlarından yanğın-mühafizə xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib.