Lənkəranda 7 km-lik avtomobil yolu yenidən qurulur


Digərləri 25 İyl 2019 11:28:00 245 0

Lənkəranda 7 km-lik avtomobil yolu yenidən qurulur

Lənkəran rayonunun Hirkan-Mamusta-Siyavar avtomobil yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri bitmək üzrədir.

Bakı. Lənkəran rayonunun Hirkan-Mamusta-Siyavar avtomobil yolunda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri bitmək üzrədir. Agentlikdən Trend-ə verilən məlumata görə, avtomobil yolunun uzunluğu 7 km təşkil edir. Yolda işlər texnloji ardıcıllığa riayət olunmaqla yüksək sürətlə aparılır və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Tikinti layihəsinə əsasən, yeni yol yatağı inşa olunub, daha sonra ərazilərin asfaltlanması işləri aparılıb. Yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, çiyin hissələr optimal qum-çınqıl qarışığı ilə bərkidilib. Bu işlər yolun 40 min kvadratmetr sahəsini əhatə edib. Bundan başqa, mövcud dəmir-beton borular bərpa olunub, zəruri yerlərdə müxtəlif diametrli 210 poqonmetrlik yeni boruların, həmçinin dəmir-beton küvetlərin tikintisi işləri aparılıb. Son mərhələdə yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq.