Ən yaxşı kəsmik hansıdır?


Digərləri 25 İyl 2019 11:04:00 243 0

Ən yaxşı kəsmik hansıdır?

Ümumrusiya İstehlakçılar İttifaqının Ekspert Mərkəzi Rusiya bazarlarında kəsmiklərin ən yaxşı növünü araşdırıb.

Bakı. Ümumrusiya İstehlakçılar İttifaqının Ekspert Mərkəzi Rusiya bazarlarında kəsmiklərin ən yaxşı növünü araşdırıb. Trend-in məlumatına görə, tədqiqatda "B.Y.Aleksandrov", "Ostankino", "İzbenka", "Boyarskiy moloçnıy kombinat", "Dmitrev Moloçnıy zavod" və "Blaqada" kəsmikləri öyrənilib. Kəsmiklərin tərkibi yağlılıq, konservatların istifadə olunub-olunmamasına görə tədqiq edilib. "Dmitrev Moloçnıy zavod" və "Blaqada"nın ümumiyyətlə kəsmik olmadığı bildirilib. Belə ki, tərkibində süd yağı yox, əvəzedicilər olub. "Ostankino"nun tərkibində isə fotostern, xolesterinə yaxın maddə aşkar edilib.