Bakı Ali Neft Məktəbinin 5 məzunu Çin Neft Universitetində magistraturaya qəbul olub FOTO


Digərləri 25 İyl 2019 10:56:00 255 1

Bakı Ali Neft Məktəbinin 5 məzunu Çin Neft Universitetində magistraturaya qəbul olub  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) 5 məzunu Çin Neft Universitetində (Pekin) təhsilini magistratura pilləsi üzrə davam etdirəcək.

Son.az xəbər verir ki, BANM-in Neft-qaz mühəndisliyi ixtisası üzrə məzunları Muradov Murad, Verdiyev Qorxmaz Çin Neft Universitetində Neft mühəndisliyi ixtisası, İmanov Tərxan, Ələşrəfov Məhəmməd və Əliyev Məhəmməd isə Neft və qaz yataqlarının işlənməsi mühəndisliyi ixtisası üzrə magistratura təhsili alacaqlar.

Onlar təhsillərini "Çin Xalq Respublikasında Təhsil Hökumətlərarası Təqaüd Proqramı (HTP) - 2019/20" çərçivəsində əldə olunan təqaüd hesabına davam etdirəcək. 

Məlumat üçün bildirək ki, Bakı Ali Neft Məktəbi ilə Çin Neft Universiteti arasında tədris, mütəxəssis hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlığın və qarşılıqlı anlaşmanın gücləndirilməsi məqsədilə Əməkdaşlıq haqqında Razılaşma mövcuddur. 


Xəbərə aid foto