"Fənərbaxça" 180 minə aldığı futbolçunu 18 milyon avroya satdı


Digərləri 25 İyl 2019 10:42:00 182 0

"Fənərbaxça" 180 minə aldığı futbolçunu 18 milyon avroya satdı

"Fənərbaxça"nın yarımmüdafiəçisi Elif Elmas karyerasını bundan sonra İtaliyanın "Napoli" klubunda davam etdirəcək.

Bakı. "Fənərbaxça"nın yarımmüdafiəçisi Elif Elmas karyerasını bundan sonra İtaliyanın "Napoli" klubunda davam etdirəcək. Trend-in məlumatına görə, bu keçid üçün neapollular "Fənərbaxça"ya 18 milyon avro ödəyib. 5 illik müqavilə imzalanan 19 yaşlı futbolçu illik 1 milyon avro maaş alacaq. Qeyd edək ki, "Fənərbaxça" Elif Elması 2017-ci ildə 180 min avroya transfer etmişdi.