Meksikada helikopter qəzası:


Dünya 25 İyl 2019 10:17:00 213 0

Meksikada helikopter qəzası:

Meksikanın Miçoakan ştatında helikopter qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Silvano Aureoles öz "Twitter" səhifəsində yazıb.

S.Aureoles bildirib: "Dərin hüznlə bildirirəm ki, qəzaya uğrayan helikopterdə ştatın polis əməkdaşı Xose Martin Qodoy Kastro, sosial sığorta sisteminin rəhbəri German Orteqa və iki pilot olub. Heç kim sağ qalmayıb".

Onun sözlərinə görə, qəzanın mümkün səbəblərindən biri hava şəraiti olub. Hazırda mütəxəssislər qəzanın dəqiq səbəbini araşdırırlar.