Azərbaycan HHQ-nin təyyarəsi təlim-məşq uçuşları zamanı qəzaya uğrayıb


Digərləri 25 İyl 2019 10:11:00 210 0

Azərbaycan HHQ-nin təyyarəsi təlim-məşq uçuşları zamanı qəzaya uğrayıb

İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.

Bakı. İyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, ilkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb. Pilotun axtarışı və xilas edilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.