Xanım məmur küçədə yatan “bomj”u belə vurdu VİDEO


Dünya 25 İyl 2019 09:21:00 226 0

Xanım məmur küçədə yatan “bomj”u belə vurdu  VİDEO

Rusiyanın Perm diyarında xanım məmur küçədə yatan "bomj"u ayağı ilə vuraraq, ərazidən uzaqlaşmasını tələb edib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin anı "AiF-Prikamye"nin jurnalisti görüntüləyib.  

Qadının sözlərinə görə, evsiz-eşiksiz olan bu şəxsdən gələn qoxu "bütün qızları boğub, nəfəs almaq mümkün deyil". Atdığı addıma daha bir səbəb kimi o, həmin binanın tarixi abidə olduğunu qeyd edib.

Xanım məmur bildirib ki, sosial məsələlər üzrə xidmətlər həmin "bomj"dan imtina edib.

Məsələ ilə bağlı mənbə Rusiya Daxili İşlər Nazirliyinin Perm diyarı üzrə baş idarəsinə müraciət edib. İdarədən bildiriblər ki, 6 nömrəli polis bölməsinin növbətçi hissəsinə daxil olan məlumata əsasən, həmin əraziyə post-patrul xidmətinin əməkdaşları yollanıb, lakin onlar orada heç kimi aşkar etməyib.