Dənizə düşən şəxs xilas edildi


Digərləri 25 İyl 2019 09:23:00 202 0

Dənizə düşən şəxs xilas edildi

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərində, dənizdə, qeyri-məntəqə (nəzarətsiz) ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Son.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.