Neft Emalı Zavodunda güclü tüstü axını ilə bağlı


Digərləri 25 İyl 2019 09:15:00 250 0

Neft Emalı Zavodunda güclü tüstü axını ilə bağlı

İyulun 24-də saat 19:20 radələrində Neft Emalı Zavodunun məşəl sistemində güclü tüstü axını müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Son.az-a verilən məlumata görə, qurumun Milli Monitorinq Departamentinin mütəxəssislərindən ibarət qrup zavodda və ətrafda monitorinqlər aparıb.

Məlum olub ki, tüstü axını zavoddaki istismar sahələrindən birində baş vermiş texniki nasazlıq nəticəsində havaya buraxılıb. Yaranmış vəziyyətlə bağlı araşdırmalar davam etdirilir.

Əlavə məlumat veriləcək.