YouTube uşaqları izləməsinə görə cərimələnəcək


Digərləri 25 İyl 2019 08:59:00 204 0

YouTube uşaqları izləməsinə görə cərimələnəcək

Son zamanlarda bir çox ölkələrin hökumətləri insanların internetdəki konfidensiallıqlarına çox böyük diqqət ayırırlar. Faktiki olaraq bu cür qanunların hamısının məğzi ondan ibarətdir ki, istifadəçi hər hansı bir servisin onun bu və ya digər məlumatını istifadə etdiyini bilməli və lazım gəldikdə həmin servisə bunu etməkdə məhdudlaşdırmaq imkanına sahib olmalıdır. Bu cür məsələ çərçivəsində məşhur YouTube videoservisinin uşaqlara qarşı qeyri-müəyyən işi nəticəsində Google şirkətini külli miqdarda cərimə gözləyir. Bu barədə Business Insider saytına istinadən 4pda saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, şirkət ona görə günahlandırılır ki, YouTube videoservisi 13 yaşına kimi olan istifadəçilərin həmin videoservisdəki əməliyyatlarını izləyərək onların üzərində targetinq reklamı qurub. Başqa sözlə desək, uşaqların konfidensiallıqları videoservis tərtibatçıları tərəfindən nizamlandırılmayıb. ABŞ hökumətinin fikrincə Google şirkəti yetkinlik yaşına çatmamış istifadəçiləri lazımi şəkildə qoruya bilməyib və onlar barəsində olan məlumatları yığıb. Bu isə birbaşa "İnternetdə uşaqların konfidensiallıqlarının qorunması" (COPPA) qanununun pozulması deməkdir.

Məlum olan tək bir şey var ki, Google şirkətini milyonlarla dollar dəyərində cərimə gözləyir. Vəsaitin dəqiq miqdarı isə ABŞ-ın ədliyyə nazirliyinin qərarından sonra təyin ediləcək. 1 ay bundan öncə Google şirkəti bildirmişdi ki, o, YouTube-dakı bütün uşaq kontentlərini YouTube Kids tətbiqinə daşımağı planlaşdırır. Qeyd etmək lazımdır ki, Google-dan əlavə olaraq Apple, Facebook və Amazon şirkətləri də ABŞ-ın federal ticarət komissiyasının nəzarəti altındadırlar. Məşhur Tik-Tok servisi artıq 5.7 milyon dollar dəyərində cərimələnib. Belə ki, servis 13 yaşına kimi olan uşaqların məlumatlarının yığılması üzrə valideyn razılığı özəlliyinə sahib deyil.