Marvel TikTok ilə müqavilə bağlayıb


Digərləri 25 İyl 2019 08:41:00 261 0

Marvel TikTok ilə müqavilə bağlayıb

Marvel dünən gecə Comic-Con tədbirində təqdim etdiyi 11 yeni layihə ilə gündəmə gəlsə də şirkət  yeni layihələr də təqdim edir.  Tiktok ilə sponsorluq müqaviləsi bağlayan Marvel Instagramdan ciddi reaksiyalara məruz qalıb.  

Son.az chip.az-a istinadən bildirir ki, milyonlarla insan kütləsinə malik olan Marvel, MCU üçün planlaşdırdığı yeni layihələrini San Dieqoda təşkil olunan və bütün dünyanın izlədiyi Comic-Conda açıqlayıb. 11 yeni layihənin MCU-ya daxil olduğu gecədən sonra fanatlar Marvel haqqında danışmağa davam edir. Marvel isə layihələrdən daha çox danışılacaq  hərəkət edərək Tiktok ilə sponsorluq müqaviləsi imzalayıb.

Tiktok vasitəsi ilə istifadəçilər məhdud vaxt ərzində videolar çəkə bilirlər. Çinli texnologiya şirkəti ByteDance tərəfindən inkişaf etdirilən tətbiq olduqca məşhurdur. Gündəlik orta hesabla 250 milyon istifadəçi sayına çatan Tiktok məzmunu səbəbilə bir çox insan tərəfindən də tənqid edilir. Xüsusilə gənclər tərəfindən sevilən proqram Marvel ilə əməkdaşlıq edərək Marvel fanatlarına şok yaşadıblar.

Marvel Instagramda paylaşdığı post ilə Tiktok səhifəsini izləməyimizi təklif edir. Paylaşılan postda Tiktok loqolu kubok stəkanı, köynək və sticker kimi əşyalar və Marvel-in 80-cı ilinə istinad edən bir qutu da yer alır. Bu Instagram postunun şərhlərində isə fanatlar bu vəziyyətə ciddi reaksiya göstəriblər. İzləyicilər Tiktok ilə sponsorluq müqaviləsini mənasız olduğunu bildirərək Marvelin səhv etdiyini qeyd ediblər.