Bolqarıstanın demək olar ki, bütün vətəndaşlarının özəl məlumatları oğurlanıb


Digərləri 25 İyl 2019 08:25:00 220 0

Bolqarıstanın demək olar ki, bütün vətəndaşlarının özəl məlumatları oğurlanıb

İstifadəçilərin məlumat sızıntıları tez-tez baş verir. Hackerlər çox zaman sosial şəbəkələrin istifadəçi hesablarını və həmçinin bankların məlumat bazalarını hack edirlər. Lakin bir neçə müddət bundan öncə baş vermiş kiberhücum hadisəsi öz miqyasına görə tarixə düşə bilər. Belə ki, internetdə Avropa dövlətlərindən birinin bütün vətəndaşlarının məlumatları ortaya çıxıb. Bu barədə CNN saytına istinadən 4pda saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki, Bolqarıstanın personal məlumatların qorunması üzrə komissiyası vergi müfəttişliyinin məlumatlar bazasına edilmiş kiberhücum barəsində istintaqa start verildiyini bildirib. Bu kiberhücum sayəsində hackerlər 5 milyon vətəndaşın özəl məlumatlarını oğurlaya biliblər. Bolqarıstanda isə 7 milyona yaxın insan yaşayır. Dünya tarixində daha irimiqyaslı kiberhücum hadisələri baş versə də bu ilk haldır ki, bir dövlətin demək olar ki, bütün vətəndaşlarının özəl məlumatları internetdə ortaya çıxıb.

Maraqlısı ondadır ki, 1 il bundan öncə bu cür kiberhücum hökumət saytına da reallaşdırılmışdı. Lakin həmin vaxtda bunu etmiş insanların şəxsiyyətləri təyin olunmamışdı. Məlumata əsasən bu hadisədə şübhəli bilinən 20 yaşlı şəxs artıq polis tərəfindən yaxalanıb. O, kibertəhlükəsizlik sahəsində çalışır. İstintaq çərçivəsində onun smartfonu, noutbuku və xarici yaddaş cihazları müsadirə olunub. Əgər bu şübhələr özünü doğrultsa həmin şəxsi 8 ilədək azadlıqdan məhrum edilmə cəzası gözləyr.