Bakıda yaşayış binasında yanğın, sakinlər təxliyə edilib


Digərləri 25 İyl 2019 08:08:00 244 0

Bakıda yaşayış binasında yanğın, sakinlər təxliyə edilib

Bakıda yanğın qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, şəhərin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizinin lambirindən ibarət tavanı 3 m² sahədə əriyib.

Yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.