Bakıda yaşayış binasında yanğın, sakinlər təxliyə edilib


Digərləri 25 İyl 2019 01:53:51 232 0

Bakıda yaşayış binasında yanğın, sakinlər təxliyə edilib

Bakıda yanğın qeydə alınıb

Bakı. Bakıda yanğın qeydə alınıb. FHN-dən Trend-ə verilən məlumata görə, şəhərin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizinin lambirindən ibarət tavanı 3 m² sahədə əriyib. Yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.