Ankarada belaruslu diplomata silahlı hücum edilib


Dünya 24 İyl 2019 23:57:00 213 0

Ankarada belaruslu diplomata silahlı hücum edilib

Türkiyənin Ankara şəhərində Belarus diplomatına silahlı hücum olunub.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, diplomat Aleksandr Poqanşevə qonşusu odlu silahdan atış açıb.

İnsident nəticəsində diplomat ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, hücum edən şəxs intihar edib.