Dənizdə batan 1 nəfərin axtarışları aparılır


Digərləri 24 İyl 2019 23:20:00 258 0

Dənizdə batan 1 nəfərin axtarışları aparılır

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.