Hovuzdan əvvəl və sonra mütləq...


Digərləri 24 İyl 2019 22:55:00 231 0

Hovuzdan əvvəl və sonra mütləq...

Yay mövsümündə hovuz və dənizə çox girmək qadınlarda sidik yolu infeksiyasına səbəb olur. Bakteriya, göbələk yaranması riskini artırır. Bu tip xəstəliklərdən qorunmaq üçün hovuza və dənizə girib çıxdıqdan əvvəl və sonra mütləq duş alın, həmçinin yaş geyimlə oturmayın. 

Son.az medicina.az-a istinadən qadınları elə yayda daha çox yaxalayan sistit infeksion xəstəlik barədə ətraflı məlumatı təqdim edir.

Qadınlarda sidik yolu infeksiyası, yəni sistit, kişilərə nisbətən daha çox rast gəlinir. Təxmini olaraq qadınların 50-60% - i həyatlarında ən azl bir dəfə sidik yolu infeksiyası keçiriblər. Bir çox qadınlarda sidik yolu infeksiyası təkrarlanır, xronikləşir.    Sidik yolu infeksiyasının tez-tez təkrarlaması həm həyat keyfiyyətini aşağı salır, həm də böyrəklər tərəfindən ciddi problemlər yaradır.    Sidik yolu infeksiyasının əlamətləri:    1. Sidiyə çıxmadan sonra meydana gələn yanma hissi 2. Tez-tez sidiyə getmə  3. Qarının alt hisəsində ağrı 4. Bulanıq rəngli sidik 5. Qoxulu sidik 

Necə qorunmalı?   - Bol maye qəbul edin    - Sidiyinizi saxlamayın    - Yuyunanda öndən arxaya doğru yuyunun   - Çimdiyiniz  hovuzun gigiyenik olduğuna əmin   - Ümumi hovuzda adam az olanda çimin.